Məşhur jurnalist xərçəngə tutulub

Tanınmış jurnalist Səbinə Əvəzqızında xərçəng xəstəliyi aşkarlanıb.

Gununsesi.info-nun məlumatına görə, yaxınları “Qafqazinfo”ya bildirib ki, hazırda jurnalistin xəstəliyi ağır fazadadır. Həkimlər S.Əvəzqızının müalicə ilə sağala biləcəyini bildiriblər. Lakin bunun üçün təcili müalicəyə başlanılmalıdır.

HTML tutorial

Müalicə üçün böyük məbləğ tələb olunduğu üçün S.Əvəzqızının ailəsi bunu qarşılaya bilmir.

Qeyd edək ki, S.Əvəzqızı 1990-cı illərdən jurnalistika fəaliyyəti ilə məşğul olur. “Yeni Müsavat”, “Gün Səhər” qəzetlərində, “Həftə içi” qəzetinin Hafta.az saytında işləyib.

Hazırda Lent.az saytının redaktorudur.

Gununsesi.info