Məşhur jurnalistlərə vəzifə verildi

  • By Admin2
  • 11 İyun 2025 11:42

Məşhur jurnalist Anar Cəbrayıllı və Namiq Mayılova yeni vəzifə verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist Elnur Niftəliyev paylaşım edib.

A.Cəbrayıllı İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı xidmətinə rəis təyin olunub.

O bu vəzifədə Namiq Mayılovu əvəz edib.

N.Mayılov isə “Report” informasiya agentliyinə baş redaktor təyin olunub.

Qeyd edək ki, A.Cəbrayıllı daha əvvəl “Azərsu” ASC-nin mətbuat katibi vəzifəsində çalışıb.

Gununsesi.info