Məşhur karate ustası həbs edildi

  • By ilhame
  • 08 Sentyabr 2024 13:57

Tanınmış karate müəllimi Tərlan Cavadov həbs edilib.

Gununsesi.info xəbər verir ki, o, Yasamal Rayon Polis İdarəsinə aparılıb.

İlkin ehtimala görə, o, tələbəsi ilə arasında yaşanan insident səbəbindən saxlanılıb.

Qeyd edək ki, T.Cavadov uzun illərdir karate üzrə tələbə hazırlayır.

Gununsesi.info