“Lyoşa-Soldat” ləqəbli məşhur killer Aleksey Lyoviç Şertstobitov həbsxanada qeyri-adi şəkildə evlənib.
Gununsesi.info xəbər verir ki, 12 cinayət faktına görə həbs olunan 49 yaşlı rus qatil iyunun 9-da Lipetsk vilayətində həbsxanalardan birində ailə qurub.
O, 31 yaşlı Sankt- Peterburq sakini, həkim-psixiatr, daha öncə tibbi məhkəmə eksperti olmuş Marina ilə evlənib.
Cütlük mərasimdən öncə qanqster geyimində fotosessiya edib. Çəkilişdə cinayətkarın bacıları, dostları və vəkili iştirak edib. (Qafqazinfo)