Məşhur klinika deputatın təşəbbüsü ilə bu rayonda pulsuz müayinə təşkil edir - FOTO

“Əziz Sabirabad şəhərinin sakinləri və qonaqları, Batıgöz Klinikasının sosial layihəsi olan mobil klinikası Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü ilə Sabirabad şəhərininə gəlir”.

Gununsesi.info xəbər verir ki, bu barədə adıçəkilən klinikadan bildirilib.

“Səyyar klinikamız 2-7 oktyabr tarixlərində Sabirabad rayon Gənclər Mərkəzinin həyətində öz peşəkar həkim kollektivi ilə sakinlərə ödənişsiz xidmət göstərəcək. Bütün Sabirabad şəhərinin sakinlərini ödənişsiz şəkildə xidmətilərimizdən faydalanmağa və gözlərini müayinə etdirməyə dəvət edirik. Gediləcək çox yer, görüləcək çox şey var!”

Gununsesi.info