Futbolçular qəzaya düşdü - ÖLƏN VƏ YARALANANLAR VAR

  • By admin
  • 03 Fevral 2018 21:49


Çilinin məşhur futbol klubu olan “Colo-Colo”nun avtobusu qəzaya düşüb.

Gununsesi.info xəbər verir ki, qəza nəticəsində 3 futbolçu ölüb, digərləri isə yaralanıb.

Hadisə Argentinanın Mendoza əyalətində baş verib. Paraqvayda keçiriləcək turnirə yollanan klubun yeniyetmələrdən ibarət komandası qəzaya düşüb. Nəticədə 7-14 yaş arası 3 futbolçu həlak olub, qalan futbolçular isə xəsarət alıb.

 

Gununsesi.info