Məşhur lüğət açıqladı: 2023-cü ilin sözü…

  • By admin
  • 28 Noyabr 2023 13:55

İngilis dilinin ən tanınmış mənbələrindən biri olan “Merriam-Webster” lüğəti ilin sözü olaraq “orijinal”ı təyin edib.

Gununsesi.info xəbər verir ki, “Merriam-Webster”in internet saytında dərc edilən açıqlamaya görə, bu ilki sözə maraq “süni intellekt və sosial mediadakı proseslərdən” qaynaqlanır. Açıqlamada bu ilin ən çox işlədilən sözü olan “orijinal” sözünün “2023-cü ilin sözü” elan edildiyi bildirilib və il ərzində bu sözün axtarış nisbətlərində “əhəmiyyətli artım” müşahidə edildiyi vurğulanıb.

Açıqlamada “real” və “saxta” arasındakı sərhəd getdikcə bulanıqlaşdıqca populyarlığının artdığı” və ən çox axtarılan başqa bir sözün saxta videoların istehsalına imkan yaradan söz olduğu ifadə edilib. Bunun süni intellektə əsaslanan texnologiya üçün istifadə edilən “deepfake” olduğu bildirilib.

Digər tərəfdən, “Merriam-Webster” lüğəti “bir insanı öz faktlarını şübhə altına alacaq şəkildə manipulyasiya etmək” üçün istifadə edilən “gaslighting” terminini “2022-ci ilin sözü” olaraq elan etmişdi. “Peyvənd” “2021-ci ilin sözü” seçilmişdi.

Gununsesi.info