Məşhur milyarder o klubun prezidenti olacaq – AÇIQLADI

  • By admin
  • 03 İyun 2017 18:02

 4d8f2cfb74ff87ff4be385a791bb1c13

 

Türkiyənin ən böyük biznes holdinqinlərindən olan “Koç”un ikinci adamı və varisi  Ali Koç “Fənərbaxça” klubunun prezidentliyinə namizəd olacağını açıqlayıb.

Lent.az-ın sozcu.com.tr-yə istinadən məlumatına görə, klubun maliyyə toplantısında söz alan Ali Koç 2018-ci ildə keçiriləcək prezidentlik seçkilərində namizəd olacağını dilə gətirib. İclasda iştirak edən şəxslər Ali Koçun bu sözlərini alqışlayıblar.

Qeyd edək ki, Ali Koç “Koç” holdingin indiki rəhbəri Ömər Koçun kiçik qardaşı və ondan sonra holdingin ikinci şəxsidir. “Koç” Holding Türkiyənin ən nəhəng şirkətlərindən biridir və dəyəri milyardlarla dollarla ölçülür.

 

Gununsesi.info