
72,7 milyard dollarlıq sərvətə sahib olan dünyanın ən varlı 3-cü adamı Uarren Buffet təkcə varidatı ilə deyil, həm də öz çalışqanlığı ilə tanınmış bir insandır. 84 yaşında olmasına baxmayaraq, hələ də müxtəlif sektorlara sərmayə qoyan Buffet olduqca sadə həyat tərzi keçirir. Milyardlara sahib olan bu iş adamı 50 il əvvəl 31.500 dollara aldığı mənzildə yaşayır. Onun nə şəxsi təyyarəsi, nə də özəl yaxtası var.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, uğurları ilə adı dillərə dastan olmuş Buffet “necə varlanmaq olar?” sualını cavablayıb.
Məşhur iş adamına milyardlar qazandıran sirləri Uarren Buffetin öz dilindən oxucularımıza təqdim edirik.
– “Sadəcə bir gəlir yerinə bağlı olmayın. İkinci işi qurmaq üçün sərmayə qoyun”.
– “Əgər ehtiyacınız olmayan şeyləri alaraq israfçılıq etsəniz, tezliklə lazımlı əşyalarınızı satmalı olacaqsınız”.
– “Pulu xərclədikdən sonra qalığını yığmayın. Əvvəlcə pulunuzu yığın, sonra rahatlıqla xərcləyin”.
– “Bütün pulunuzu bir sahəyə yatırmayın”.
Gununsesi.info