Məşhur milyarderin zavodunda KÜTLƏVİ YOLUXMA

ABŞ-da pandemiyanın qızğın dövründə İlon Mask tərəfindən COVID-19 məhdudiyyətlərinə etiraz əlaməti olaraq fəaliyyəti bərpa olunan “Tesla”nın Frimont dairəsindəki zavodunda 450 nəfərin ölümcül virusa yoluxduğu bildirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

HTML tutorial

10 min nəfərin çalışdığı müəssisədə ötən ilin may-dekabr aylarında yüzlərlə insanın xəstəliyə düçar olması ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olub.

Yoluxanların sayı öncədən gizli saxlanılsa da, “PlainSite” resursunun məhkəməyə müraciətindən sonra “Tesla” rəhbərliyi rəqəmləri açıqlamalı olub.

Qeyd edək ki, “Tesla” şirkəti milyarder İlon Maska məxsusdur.

Gununsesi.info