Məşhur model çəkiliş zamanı dənizə düşdü – FOTO

  • By admin
  • 30 Noyabr 2023 13:27

ABŞ-ın Kaliforniya ştatındakı Rancho Palos Verdes sahilində dəb çəkilişi edən model Keyt Loşkareva poza verərkən güclü dalğa onu aparıb. Model çətin anlar yaşayıb.

Gununsesi.info-nun məlumatına görə, yaşadıqlarına yumorla yanaşan Keyt deyib ki, o, supermodel Bella Hadid kimi davranmağa çalışıb, lakin dalğa tərəfindən sürükləndikdən sonra “Titanikdəki Cek kimi olub”.

Fotolara görə Keytin uzun mavi paltarda poza verərkən müvazinətini itirərək nəhəng dalğanın təsirindən suya yıxıldığını görmək olar. O, qayalardan yapışmağa çalışır, amma sonra gözdən itir.

Kadrları çəkən fotoqraf dostu da modelin sağ-salamat çıxmasından əvvəl polisin çağırıldığını və hadisə yerinə helikopterin gəldiyini bildirib.

Fotoqraf Şayla Uelç modelin mağaraya sürükləndiyini bildirib və deyib ki, “Keyt heç bir zərər görmədən mağaradan sürünərək çıxıb”.

Gununsesi.info