Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, keçmiş model Bilun Dohmen öz sənətindən ayrıldıqdan sonra kəndə köçüb. Toyuq bəsləyən, qoyun otaran Dohmenin son görüntüləri hər kəsi təəccübləndirib.
90-cı illərin ən məhşur modellərindən olan Bilun Dohmen kəndə köçərək özünə kiçik ferma qurub. Tamamilə kənd həyatına köklənən modelin keçmiş vəziyyətindən əsər-əlamət qalmayıb. Kəndli qadınlar kimi geyinən Dohmen hər səhər ev quşlarını yemləyib, qoyunları otarır.
Təxminən 20 il əvvəl Amerika, İtaliya, Almaniya, Fransa, İngiltərə kimi ölkələrin səhnələrini bəzəyən model dəbdəbəli həyatdan bezdiyini və sadə həyat yaşamaq istədiyini bildirib.
Gununsesi.info