“OnlyFans” platformasında məşhur olan, “Saxta Barbi” kimi tanınan model Abiqail Uayt sevgilisini onunla münasibəti kəsmək istədiyi üçün bıçaqlayaraq öldürüb.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
“Mart ayında Böyük Britaniyanın Bristol şəhərində 24 yaşlı qız 4 uşaq atası, 22 yaşlı Bredli Lyuisin ürəyinə 18 sm uzunluğunda bıçaq batırıb. Oktyabrın 21-də cinayətkar minimum 18 il müddətinə azadlıqdan məhrum edilib”, – agentlik bildirib.
Lyuis ayrıldıqdan sonra Uayt və rəfiqəsi ilə bara getməyə razılaşıb. Sonuncu, uşağa baxdığı üçün görüşə gecikib. Buna gör eks-ərinə qəzəblənib. Model bir şüşə şərab və bir neçə kokteyl içdikdən, həmçinin narkotik vasitələrdən istifadə etdikdən sonra içkini onun üzünə atıb və şirkəti tərk edib.
Keçmiş sevgililər birlikdə evə gəliblər, lakin bir neçə dəqiqə sonra Uayt qışqıraraq bağçaya qaçıb. Səs-küyü eşidən qonşu modelin evinə qaçıb və onun yoldaşını yerdə uzanmış vəziyyətdə görüb. Kişi təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Dindirmə zamanı qız Lyuisin intihar etdiyini bildirsə də, sonradan günahını etiraf edib. Qatilin sözlərinə görə, o, ancaq qurbanı qorxutmaq niyyətində olub.
Gununsesi.info