Məşhur model üsyan etdi: “Ər tapa bilmirəm” – FOTOLAR

  • By arzu
  • 01 Fevral 2020 10:44

Dünyaca məşhur model Keli Hazell sosial mediada paylaşımı ilə hər kəsi heyrətləndirib. Belə ki, o, nə iş, nə də ər tapa bilmədiyini deyib.

Bu barədə “Sözcü” xəbər yayıb.

“İş və sevgili axtarıram. Harada səhv etdiyimi bilmirəm”, – deyə o bildirib. 2010-cu ildən tanınan 33 yaşlı məşhur model keçmiş günləri üçün darıxdığını da vurğulayıb.

 


 

İstifadəçilər isə bu qədər gözəl modelin iş tapa bilməməsindən heyrətləniblər.

Qeyd edək ki, bir vaxtlar ABŞ-da yaşayan Hazell Hollivud filmlərində də rol alıb, lakin dediyinə görə, axtardığını burada da tapa bilməyib.

Hazellin adı sonuncu dəfə keçmiş futbolçu Coy Kol və Anton Ferdinandla çəkilmişdi.

 

 

 

 

 

 

 

 

 

Gununsesi.org