Məşhur müğənni ƏrdoğanaMÜRACİƏT ETDİ

Məşhur müğənni Ərdoğana

Adana və Antalyada iki azyaşlı qıza təcavüz hadisəsindən sonra məşhurlar sosial mediada “Uşaq susar, sən susma” kampaniyasına başlayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, məsələyə müğənni Hadisə də biganə qalmayıb.

O, Kıbrısda konsertdən əvvəl jurnalistlərin suallarını cavablandırıb. İfaçı azyaşlılara təcavüz edənlərin cəzasının edam olduğunu söyləyib və göz yaşlarına hakim ola bilməyib:

“Hörmətli Prezident, Baş nazir və Ədliyyə nazirinə səslənirəm. Xahiş edirik, cəzalar dəyişdirilsin. Azyaşlılara təcavüz edənlər yaşamasın. Edam geri gəlsin.Yadıma düşdükcə, ürəyim yanır. Əminəm ki, anna olan qadınlar daha çox əziyyət çəkirlər. Sənətçi yoldaşlarımızla bir yerə toplanıb prezident və ədliyyə nazirin yanına gedib bir şey edə bilərik. Ölkəm xaricdə belə bir xəbərlə yadda qalmamlıdır”.

Gununsesi.info

COMMENTS