Məşhur müğənni 1 milyona ev aldı

  • By admin
  • 24 May 2017 15:04

unnamed (7)

Türkiyənin tanınmış pop ifaçısı Alişanın İstanbulun Alibəyköy bölgəsində lüks malikanə aldığı iddia edilir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Alişan İstanbulun Alibəyköy bölgəsində malikanələrinin qiyməti 500 min TL-dən başlayan lüks evlərin qarşısından metro keçəcəyini öyrəndikdən sonra pul kisəsinin ağızını açıb.

Belə ki, müğənni 1 milyon TL-dən (təxminən 500 min AZN) artıq pul ödəyərək Alibəyköy bölgəsində özünə lüks malikanələrdən birini alıb.

Eyni zamanda müğənninin həmin ərazidə iş qurmaq üçün sərmayə qoymağa hazırlaşdığı da deyilir.

Anar
Gununsesi.info