Məşhur müğənni 61 gün oruc tutacaq

  • By admin
  • 04 İyul 2016 17:48

mustafa

 

 

Ifaçı ona böhtan atanları təhqir etdiyi üçün orucunu pozub.

Türkiyəli müğənni Mustafa Ceceli bir anlıq hirslənərək yazdığı şərhlərə görə orucunu pozulduğunu və Həcc ziyarətindən sonra 61 gün oruc tutacağını bildirib. 

 

Gununsesi,info-nun məlumatına görə, bu barədə musiqiçi sosial mediyada xəbər verib.

“Ramazanın son günləri dönüb geri baxdım və gördüm ki, böhtan atanlara təhqirlə cavab verdiyim üçün orucum pozulub. 61 gün oruc tutacam” – deyə Mustafa Ceceli açıqlama verib.

 

Bir müddət əvvəl müğənni ona “oruc tutmur” deyənlərə sərt reaksiya verib.  “Şərəfsizin biri 5 yaşlı oğlumun yeməyini qoyub mənə oruc tutmur deyir. Səni Allaha tapşırıram soysuz. Yazdım başa düşmədiniz bir dəfə də yazıram. Belələrinə heyvan demək heyvanları təhqir etməkdir. Mən Allah qarşısından cavab verə bilərəm. Amma mənə şər atanlar cəhənnəmin qonağı olacaq”- deyə aqressiv şəkildə müğənni sosial şəbəkədə bəzi istifadəçilərin sərt şəkildə cavabını verib.