Məşhur müğənni 65 yaşında dünyasını dəyişdi

  • By admin
  • 01 Dekabr 2023 11:50

Britaniya-irlandiyalı “The Pogues” qrupunun solisti Şeyn Makqouanın vəfat etdiyi açıqlanıb.

Gununsesi.info xəbər verir ki, onun həyat yoldaşı Viktoriya Meri Klark İnstaqramda 65 yaşlı müğənni Şeyn Makqouanın ölümü ilə bağlı yazıb.

Müğənni noyabrın 22-də Dublindəki Sent Vinsent xəstəxanasında infeksiyaya görə müalicə olunduqdan sonra evə buraxılıb. Lakin Klarkın sosial şəbəkələrdəki paylaşımlarına görə, məşhur solist uzun sürən xəstəliyinə qalib gələ bilməyərək dünyasını dəyişib.

Xəstəxanada olarkən Makqouanın səhhəti ilə bağlı mütəmadi olaraq yeniliklər təqdim edən həyat yoldaşı, izləyicilərinə “xoş mesajları və duaları” üçün təşəkkür edib.

1957-ci ildə İngiltərənin Kent şəhərində irlandiyalı valideynlər üçün anadan olan Makqouan yayı İrlandiyanın cənubundakı ferma evində, ənənəvi İrlandiya musiqisinin əhatəsində keçib.

1982-ci ildə o, Londonda Peter “Spider” Stacy, Jem Finer və James Fearnley ilə birlikdə ənənəvi İrlandiya xalq musiqisini pank səsləri ilə birləşdirərək “The Pogues” qrupunu qurub.

Bir sıra uğurlu albomlar və sinqllar buraxan The Pogues həm də britaniyalı müğənni Kirsti Makkolun iştirak etdiyi 1988-ci il Milad hiti “Nyu-York nağılı” ilə tanınır.

Gununsesi.info