2010-cu ildə “Brusel gözəli” seçilən türkiyəli məşhur müğənni Ayşə Akının (Özdemir) Bodrumda dincələrkən mətbuata heç kimin gözləmədiyi bir açıqlama verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni bildirib ki, bir müddət yemə davranış pozuqluğu ilə xarakterizə olan, xalq arasında ”maniken xəstəliyi” olaraq bilinən ‘Anoreksiya nervoza’ xəstəliyindən müalicə alıb:
“Həkimə müraciət etdiyim zaman vəziyyətim yaxşı deyildi. Hər şey mənim üçün çox çətin idi. Hazırda həmin günləri xatırlamaq belə istəmirəm. İndi sağalmışam. Bir çox məşhur bu xəstəliyə tutulur. Amma bunu gizlədirlər”, – deyə Ayşə Akının qeyd edib.
Anar
Gununsesi.info