
ABŞ-ın Florida ştatında naməlum şəxs Orlandodakı konsertdən sonra müğənni Kristina Qrimini güllələyərək özünə qəsd edib.
Gununsesi.info xəbər verir ki, hadisə iyunun 10-da Orlandoda baş verib. Polis rəsmisi Vanda Ford bildirib ki, 22 yaşlı müğənni konsertdən sonra fanatlarına avtoqraf verərkən güllələnib. Polis qeyd edir ki, müğənninin qardaşının qəhrəmanlığı sayəsində qatil digər şəxslərə atəş aça bilməyib. Nəticədə, o özünü güllələyərək hadisə yerində ölüb.
Müğənninin vəziyyətinin ağır olduğu deyilir.
Hazırda cinayəti törədən şəxsin kimliyi müəyyənləşdirilir. (CNN)
Arzu Səyyad