Məşhur müğənni homoseksual dostunu öz həmcinsi ilə evləndirdi- FOTO

Məşhur müğənni homoseksual dostunu öz həmcinsi ilə evləndirdi

Dünyanın ən məşhur müğənnilərindən biri, 29 yaşlı britaniyalı Adel homoseksual dostları Pol Dreyton və Alan Karrın nikahını kəsib.

Gununsesi.info xəbər verir ki, nikah mərasimi Adelin ABŞ-ın Los-Anceles şəhərindəki evinin bağında olub.

Komik-aktyor Alan Karr İTV telekanalındakı “This Morning” bunu deyib.

“Nikah mərasimi yanvarda oldu. Adel bizi Los-Ancelesdəki evinin arxa bağında evləndirdi. O, çox həlim, gözəl insandır. Nikah duasından sonra ilk rəqsimiz üçün mahnı da oxudu. Həyatımda ən gözəl gün idi. Adel o qədər sadə, təvazökar insandır ki, bu barədə özü əsla danışmazdı. Mərasimdəki çiçəkləri, yeməkləri də Adel planlaşdırmışdı”, – A.Karr deyib.

Onun sözlərinə görə, mərasimdə Adel keşiş geyimində idi.

Gununsesi.info

COMMENTS