Məşhur müğənni ifa zamanı səhnədən yıxıldı - FOTO/VİDEO

  • By admin
  • 07 Mart 2020 12:28

Rusiyanın Krasnoyarsk şəhərində müğənni ifa zamanı səhnədən yıxılıb.

Gununsesi.org-un xəbərinə görə, müğənni Anastasiya Vişnevskayanın səhnədən yıxılmasının görüntüləri “YouTube”da yayılıb.

Vişnevskaya mahnı ifa edən zaman səhnənin kənarına çox yaxınlaşıb və müvazinətini itirərək yıxılıb. Bu zaman onun ayağı sınsa da, ifasını sona çatdırıb.

Xəstəxanaya yerləşdirilən müğənni əməliyyat olunacaq.

Gununsesi.org