Məşhur müğənni intihar etmək istədi - FOTO

  • By admin
  • 29 Noyabr 2021 10:24

İti Xurmanı itirdikdən sonra 64 yaşlı məşhur müğənni Zerrin Özerin intihara cəhd etdiyi iddia olunur.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə müğənnini xəstəxanaya aparan qohumu məlumat verib.

“10-15 dərman içib. Qəbul etdiyi dərmanlar ürəyində problem yaradıb. Kardioloq gözləyirik” , – deyib.

Təcili yardımın müdaxiləsindən sonra palataya yerləşdirilən Zerrin Özerin vəziyyətinin yaxşılaşdığı bildirilib. O, bu gün xəstəxanadan evə buraxılacaq.

Özerin meneceri Haluk Şentürksə intihar iddialarını təkzib edib: “15 gündür ki, intensiv işləyir. İtinin ölümü ona pis təsir edib. Xəstəxananın təcili xidmətində Zerrin Özerə ilk müdaxilə edildikdən sonra evə buraxılıb”.

Gununsesi.info