Məşhur müğənni iqtisadi böhranın şou-biznesə böyük təsiri olduğunu bildirdi - VİDEO

  • By admin
  • 03 Mart 2017 20:12

Elçin Cəfərov

“Şip-şirin” ləqəbi ilə tanınan müğənni Elçin Cəfərov Lent.az-ın canlı yayımında qonaq olub. İfaçı müsahibəsində bir çox məqamlardan danışıb: “Bu yaxınlarda “İstədim” adlı mahnı ifa etdim. Həmin bəstənin musiqisi özümə, sözləri Azər Şirinə məxsusdur. Bundan başqa ritmik mahnılar və bayram ab-havasında bir bəstə hazırlayıram. Hələ ki, klip çəkdirməyə tərəddüd edirəm. Amma ritmik mahnılarım var, onlara klip çəkdirməyi düşünürəm”.

E.Cəfərov bildirib ki, iqtisadi böhranın şou-biznesə böyük təsiri olub: “Müğənnilərin əvvəlki qədər klip çəkdirməməyində iqtisadi böhranın böyük təsiri var. Bundan başqa efirlərdə ekran işinin təqdimatı da maddiyyata bağlıdır. Yəni yaxşı klip çəkmək istəyirsənsə, yaxşı pulun olmalıdır”.

İfaçı bildirib ki, xalq artisti Aygün Kazımova onun mahnısına müraciət edib: “Mənim “Gecələrdə” adlı mahnımı Aygün xanım sevib. Mahnını istədi, biz də sevərək verdik. Bir mahnını kişidən sonra xanım oxuyanda fərqli olur. Kişidən sonra kişi oxuyanda isə bunun fərqi olmur”.

Müğənni şəxsi həyatından da söz açın: “Evlənəndən sonra həyatım dəyişdi. İndi özümü daha da rahat hiss edirəm. Bəlkə bu, yaşıma görə belədi. 5 il qabaq soruşan olsaydı, evlənmək fikrim yox idi. Adam indi fikirləşir ki, bəlkə də gec ailə qurmuşam”.