
Türkiyəli müğənni Seda Sayan jurnalistlərə narazılığını dilə gətirib. Gununsesi.info xəbər verir ki, sosial mediada sərt formada üsyanını dilə gətirən Seda Sayan məhkəməyə müraciət edəcəyini bildirib. 4,5 il öncə qarşılıqlı razılıq əsasında həyat yoldaşı Erkan Çelikdən ayrılan Seda Sayan, yoldaşı ilə bağlı gedən xəbərlərdə tez-tez öz adının hallanmasına əsəbləşib. Müğənni şərhində bunları yazıb: “Məni ailə dağıdan qadın kimi təqdim edənlər və xəbər yazanlar, hamınızı məhkəməyə verəcəm. Baxacam, görüm, məhkəmədə də eyni sözləri deyə biləcəksinizmi?!”
Sevinc Xeyrulla