Məşhur müğənni sevgilisinə 100 min xərcləyib

  • By admin
  • 21 Aprel 2018 19:15

Merve Boluğurdan ayrılan Murad Dalkılıç Hande Erçellə böyük bir eşq yaşayır. 

Gununsesi.info xəbər verir ki, Murad sevgilisinin istəyi ilə Amerikada keçirilən “Coachella Musiqi və Sənət Festivalı”na gedib.

Cütlük daha sonra Los-Ancelesə yollanıb. Məşhur sevgililər orada Hollivud studiyalarını gəzib.

Murad 20 günlük gəzinti üçün külli miqdarda pul xərcləyib. Belə ki, Murad bu istirahətə 10 min lirə (təxminən 47 min manat) xərcləyib. Muradın bacısı Elif də səyahətə cütlüklə birlikdə gedib.

Gununsesi.info