Məşhur çexiyalı müğənni və aktrisa Viktoriya Vera Blyth Ankaradakı villasında əri David Tomas Blyth tərəfindən öldürülüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 40 yaşlı Viktoriya Vera Blyth iyunun 11-i axşam saatlarında Britaniya əsilli əri David Tomas Blyth tərəfindən öz evində güllələnərək öldürülüb.
Çexiya mətbuatına danışan dostları bildirib ki, Viktoriya bu yayı ərindən ayrı keçirməyi planlaşdırmışdır.
Hadisədən sonra David Tomas Blyth intihar edib. Qətl zamanı cütlüyün evdə 3 övladının olduğu bildirilib.
Bir gün əvvəl Çankaya İncəkdə yaşadıqları villada Victoria Vera Blyth-in cib telefonuna gələn mesajlara görə başladığı iddia edilən dava sürətlə böyüyüb və 53 yaşlı Blyth arvadına silahla hücum edib.
Cütlüyün ən böyüyü 14 yaşında olan 3 övladı qohumlarına təhvil verilib.
Bildirilir ki, Tomas Blyth neft-qazma şirkətinin sahibi olub.
İngilis mətbuatına açıqlama verən cütlüyün dostları gənc qadının Türkiyədə yaşamaqdan xoşbəxt olduğunu və tez-tez əylənməyi xoşladıqlarını bildiriblər. Hadisədən şoka düşdüklərini deyən dostlar Viktoriyanın ölümündən çox kədərləndiklərini bildiriblər.
Dostları deyir ki, əsas səbəblərindən biri kimi Viktoriyanın onu tərk etdiyini və ya aldatdığının düşünməsidir.
Bir çox tədbirlərdə iştirak edən Blyth Çexiyada bəzi televiziya kanallarında səhər proqramının aparıcısı olub.
Gununsesi.info