
“Titanik” filmi üçün ifa etdiyi “My Heart Will Go On” mahnısı ilə yadda qalan dünya şöhrətli müğənni Selin Dion ötən ilin dekabrında nadir nevroloji xəstəlik olan Sərt Şəxs Sindromu olduğunu öyrənib.
Gununsesi.info xəbər verir ki, Sağalmaz xəstəliyə düçar olduğu üçün konsertlərini yarımçıq qoyaraq müalicəsinə diqqət yetirən sənətçi yeni sənədli filmində xəstəliyindən danışıb.
2022-ci ilin mart və aprel aylarında əzələ spazmları səbəbiylə Şimali Amerikadakı bəzi proqramlarını ləğv edən Selin Dion səhhətində yaranan problemlərə görə Avropa turnesini ləğv etmək məcburiyyətində qaldığını deyib.
56 yaşlı məşhur müğənni indi “Mənəm Selin Dion” sənədli filmini pərəstişkarlarına təqdim etməyə hazırlaşır.
Sənədli filmdən yayımlanan ilk görüntülərdə məşhur adın xəstəliyindən danışdığı və tez bir zamanda ölümdən qayıtdığını dediyi anlar jurnalın xəbərinə çevrilib.
“Mən heç nə deməyə hazır deyildim. Mənə çox nadir nevroloji xəstəlik diaqnozu qoyulub. Əvvəllər bu barədə heç nə deməyə hazır deyildim, amma indi hazıram”– deyə müğənni əlavə edib.
Selin Dion otoimmün nevroloji xəstəlik olan “rigid person” sindromu ilə mübarizəsinin ilkin mərhələsində ölmək üzrə olduğunu və həkimlərin səyi sayəsində sağ qaldığını etiraf edib.
Qeyd edək ki, bu sindrom əsasən bədənin orta hissəsində baş verən mütərəqqi əzələ sərtliyi və spazmlarla xarakterizə olunan otoimmün nevroloj xəstəlikdir.
Zamanla ayaqlarda və əzələlərdə sərtlik yaranır, spazmlara səbəb olur. Bu səbəbdən, sərt insan sindromu olan insanlar yeriməkdə çətinlik çəkirlər və yıxıla və ya zədələnməyə daha meylli ola bilərlər.
Sindromunu müalicə etmək üçün heç bir müalicə üsulu olmasa da, mütəxəssis həkimə müraciət edərək simptomların idarə edilməsi bu vəziyyətlə yaşamağı asanlaşdırır.
Şəbnəm
Gununsesi.info