Məşhur müğənnin ölümü dostlarını yasa boğub - FOTO

  • By admin
  • 20 İyul 2017 11:58

05

Türkiyənin pop musiqisinin əfsanəsi, bəstəkar və qitaraçı Harun Kolçak ölüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, xeyli vaxtdır prostat xərçəngindən müalicə alan müğənni H.Kolçak 62 yaşında vəfat edib.

Belə ki, sonuncu dəfə xəstəxanaya yerləşdirilən ifaçının xərçəng xəstəliyinin bütün bədəninə yayıldığı və nəticədə təcili əməliyyat olunması lazım olduğu iddia olunub. Əməliyyat olunan məşhur müğənni dünyasını dəyişib.

Qeyd edək ki, H.Kolçakın ölümü ailəsini və dostlarını yasa boğub. Müğənninin dostları sosial şəbəkələrdə başsağlığı veriblər.

Türkiyənin məşhur müğənnisi Hadisə: “H.Kolçakın ölüm xəbərini eşidəndə çox üzüldüm. Hər zamanı onu xatırlayacağam. Mərhuma Allahdan rəhmət, ailəsinə və sevənlərinə başsağlığı verirəm”.

Türkiyənin populyar müğənnilərindən olan Hande Yener: “Vaxtsız ölümünlə bizləri üzdün. Nur içində yat sevgili Harun”.

Məşhur türkiyəli müğənni Ebru Gündeş: “Harun Kolçakın ailəsinə və yaxınlarına səbr diləyirəm. Çox üzüldüm, nur içində yatsın”.

Anar
Gununsesi.info