Məşhur müğənninin konserti təxirə salındı - SƏHHƏTİNDƏ PROBLEMLƏR VAR

  • By admin
  • 26 Noyabr 2017 17:24

47 yaşlı ulduz Meray Kerinin pərəstişkarları onun üçün narahatdılar. 

Gununsesi.info xəbər verir ki, müğənni Yeni il ərəfəsində verməyi planlaşdırdığı konsertlərini təxirə saldığını elan edib.

Yayılan xəbərlərdə bildirilib ki, sənətçi bunu səhhətində yaranan problemlərə görə edib.

Meray “Mənim əziz pərəstişkarlarım, Yeni il yaxınlaşır. Mən də bayramın ilk hədiyyəsini aldım – soyuqdəymə. Bilirsiniz ki, bayram şoularını necə sevirəm. Amma həkimim mənə yataq rejimində müalicə olunmağı yazıb. Buna görə də səhnədə oxuya bilməyəcəm. Sağalana kimi bütün şoularımı təxirə salmalıyam” sözlərini yazıb.

Bu günlərdə isə Kerrinin səhhətinin daha da pisləşdiyi və xəstəxanaya yerləşdirildiyi deyilib.

Gununsesi.info