Məşhur müğənninin oğlu saxlanıldı - FOTOLAR

  • By admin
  • 01 Aprel 2017 12:21

agillar-1

Meksikalı məhşur müğənni Pepe Aguiların oğlu insan qaçaqçılığında ittiham olunur.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 14 -gün öncə ABŞ-ın gömrük işçiləri San-Dieqoda Pepe Aguiların oğlu Joze Aguilarının idarə etdiyi avtomobilə baxış keçiriblər.

Belə ki, gömrük işçiləri avtomobilin baqajından gizlənmiş dörd çinli aşkar ediblər. Nəticədə Joze Aguilar ABŞ Federal Təhqiqat Agentliyinin əməkdaşları tərəfindən tutulub.

Dünən isə ABŞ Federal Təhqiqat Agentliyin iki həftə əvvəl həbs olunan Joze Aguilar ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, dörd çinli ABŞ sərhədini keçmək üçün məhşur müğənninin oğluna 60 min ABŞ dolları məbləğində pul verib.

ABŞ vətəndaşı olan Joze Aguilar tutulsa da, pul cəzası müqabilində sonradan  sərbəst buraxılıb.

agillar-2

Anar
Gununsesi.info