27 Sentyabr – Anım Günü münasibəti ilə “Security Operation Services” (SOS) MMC-nin əməkdaşları II Fəxri xiyabanı ziyarət edib.
Gununsesi.info-nun xəbərinə görə, “SOS” MMC-nin nümayəndələri İkinci Fəxri Xiyabana yollanaraq, ölkəmizin azadlığı və suverenliyi uğrunda şücaət göstərmiş mərd, qəhrəman oğulların məzarlarını ziyarət ediblər. Şəhidlərimizin məzarına əklik qoyulub və ruhlarına dualar oxunub.
Daha sonra əməkdaşlar İkinci Fəxri Xiyabandan, Birinci Qarabağ Müharibəsi şəhidlərini ziyarət etmək üçün Şəhidlər Xiyabanına yollanıblar.
Eyni zamanda SOS MMC-nin əməkdaşları Milli Qəhrəmanı Albert Aqarunovun da məzarı ziyarət edərək, əklil qoyublar.
Sonda isə əməkdaşlar Qənimətlər Parkına yollanıblar.
Saytımıza açıqlamasında SOS MMC-nin direktoru Anar Məmmədov bu tarixi gün ilə bağlı fikirlərini bölüşüb.
” Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda şəhid olan hər bir vətəndaşımızın xatirəsini daima əziz tutacaq. Gələcək nəsillər bu qəhrəmanlar haqqında bilgili olacaqlar. Bu gün biz torpaqlarımızın azadlığı naminə məhz bu qəhrəmanlarımıza borcluyuq. Hesab edirəm ki, Azərbaycan Dövlətinin şəhid ailələri, qazilərə göstərdiyi diqqət və qayğı xalqımız tərəfindən yüksək şəkildə qiymətləndirilir. Bizim kollektiv də daima şəhid ailələri və qazilərə dəstək göstərib. Bu hər zaman belə olaraq qalacaq”.
Şəbnəm Rəhimova
Gununsesi.info