Məşhur mühafizə şirkətində maarifləndirici tədbir keçirilib – FOTOLAR + VİDEO

Peşəkar mühafizə xidməti “Security Operation Services” (“SOS”) MMC- nin dəvəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi “İş yerlərində əməyin mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçirib.

Gununsesi.info xəbər verir ki, tədbirin keçirilməsində məqsəd istehsalatda baş verə biləcək qəzaların aradan qaldırılması, eləcə də əməyin mühafizəsi, texniki təhlükəsizlik şərtləri və vəziyyəti ilə bağlı olub.

 

 

Tədbirdə çıxış edən Mərkəz əməkdaşı əmək hüquqları ilə bağlı ətraflı məlumat verib, əmək qanunvericiliyinin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Mərkəz əməkdaşı qurum haqqında ətraflı məlumat verərək bildirib ki, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standard, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir.

 

 

Görüş zamanı digər Mərkəz əməkdaşları, Əməyin Mühafizəsi Mərkəzi Təlimlərin təşkili və texniki dəstək departamentinin baş mütəxəssisi Nigar Hüseynova, Əməyin Mühafizəsi Mərkəzi Təlimlərin təşkili və texniki dəstək departamentinin böyük mütəxəssisi Səbuhi Tahirov eləcə də “SOS” MMC-nin rəhbəri Anar Məmmədov da mövzu ətrafında nitq söyləyiblər.

 

 

Tədbirin sonunda “SOS” əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 may 2023-cü il tarixli Fərmanı ilə yaradılan Əməyin Mühafizəsi Mərkəzi işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərir, bu sahələrdə təlimlər keçir, məsləhət verir, metodiki dəstəyi təmin edir və həmçinin ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz bədbəxt hadisələr baş vermiş iş yerlərində əməyin mühafizəsi mədəniyyətinin möhkəmləndirilməsi və təkmilləşdirilməsi, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və dolayısı ilə onların hüquqi və iqtisadi mənafelərini müdafiə etmək məqsədilə “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda təlimlər həyata keçirir.