
“Pfizer” şirkəti Amerikanın Kanzas ştatında koronavirus peyvəndinin təhlükələri haqqında məlumatları gizlətməkdə ittiham olunur.
Gununsesi.info xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Şirkət 2021-ci ilin əvvəllərində “Pfizer” peyvəndinin tətbiqindən sonra hamiləlikdə yaranan fəsadların, həmçinin miokardit və perikardit kimi halların artmasına dair sübutları gizlətməkdə ittiham olunur.
Buna görə ştat rəhbərliyi şirkəti məhkəməyə verib.
Prokurorluq “Pfizer”i qazanc məqsədi ilə peyvəndlərin effektivliyinə dair məlumatları təhrif etməkdə ittiham edir və pul kompensasiyası tələb edir
Şəbnəm
Gununsesi.info