Türkiyənin hər yerində baş verən irili-xırdalı zəlzələlər narahatlıq yaratmağa davam edir.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssislər isə xəbərdarlıq edir.
Professor Övgün Ahmet Ercan hansı bölgədə zəlzələ baş verəcəyi ilə bağlı məlumat verib.
Onun sözlərinə görə, Şərqi Anadolu Fay xətti (qırılma xətti-red.) boyunca gərginlik dərəcəsi Bingöl-Karlıova istiqamətində tədricən artırır. Bura Türkiyənin zəlzələyə ən həssas yeridir. Tikintilər tab gətirə bilən qayalı yerlərdə aparılmalıdır.
Ercan qeyd edib ki, Gökdere, İlıca, Karlıova bölglərinə diqqət yetirmək lazımdır.
Gununsesi.info