Məşhur rəssamın oğurlanmış tablosu tapılıb

İspaniya polisi Madriddə ingilis ekspressionist rəssamı Frensis Bekonun (1909-1992) 2015-ci ildə oğurlanmış tablosunu tapıb.

Gununsesi.info xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumatana görə, kətanın qiyməti təxminən 5 milyon avrodur.

İstintaq başlayandan bu cinayətdə əli ola biləcək 16 nəfər saxlanılıb. Bundan əlavə, polis itkin düşən beş rəsmdən dördünü tapa bilib. İstintaq hazırda ən son oğurlanmış sənət əsərinin tapılmasına yönəlib.

Qeyd edək ki Frensis Bekon obrazlı rəssamlıq ustasıdır. Rəssamın rəsmləri dünyanın hər yerindən kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilir.

Belə ki, 2015-ci ildə Bekonun “Avtoportret üçün iki eskiz” (1977) diptixi Londonda 22,4 milyon dollara satılıb.

 

 

 

Gununsesi.info