
Sonun ekran əsəri “Gecə qonağı” adlı filmini təqdim edəndən sonra tənqidlərə məruz qalan rejissor Kənan MM sosial şəbəkədə Azərbaycana lağ edib.
Gununsesi.info xəbər verir ki, rejisor öz facebook səhifəsində yazı: “Bir daha anladım ki, belə filmlər millətə lazım deyil. Həyatımızda çox gecələr olacaq amma heç bir gecədə çağrılmamış “Gecə qonağı” bir daha olmayacaq. Heyif çox heyif sənə “Gecə qonağı”. Bəzi insanlar lazım olduğu yerdə dünyasını yaşamırlar. Gəlin söyüşlə kinolara baxaq, gülək və milli kinomuz söyüşdən ibarət olsun. Mənim heç kimi qınamağa nə haqqım var nə də elə bir fikrim…Sadəcə bu yaradıcı insanın daxili səsidi elə bir səsdir ki, bu səsə özümdən başqa cavab verən olmayacaq… keyf elə Azərbaycan tamaşaçısı və sizi təbrik edirəm ilk dəfədir ki, özüm etiraf edirəm ki, bu mətnləri yazaraq ağladım”.
Sevinc Xeyrulla