Repçi Eminem karantində olan digər məşhurlardan ilham alaraq, öz telefon nömrəsini sosial şəbəkədə paylaşıb.
Gununsesi.org-un məlumatına görə, bu barədə “Star News” xəbər yayıb.
“Əziz Sten, mən sənə daha əvvəl xəbər vermək istəyirdim, lakin çox məşğul idim. Mənə yaz, yenidən zəng edərəm, 313-666-7440”.
Qeyd edək ki, Sten repçinin “Stan” adlı trekindən götürülüb. Musiqidə söhbət onu qarabaqara izləyən pərəstişkarından gedir.
Bəzilərinin fikrincə, bu paylaşımı ilə Eminem öz pərəstişkarlarına mesaj yollayıb.
Gununsesi.org