Londonda keçirilən musiqi mükafatlandırma mərasimində danışan məşhur ingilis repçi Slovthai onu narahat etdiyini söylədiyi tamaşaçılara hücum edib.
Gununsesi.org xəbər verir ki, repçi əlindəki qədəhi tamaşaçılardan birinin üzərinə atdıqdan sonra ona hücum edib.
Gənc repçi danışdığı zaman tamaşaçıların yüksək səslə danışdığı üçün onlara qəzəblənib və əlindəki mikrofonu tamaşaçıların üzərinə atıb. Bundan sonra salondakı tamaşaçılar yerdən götürdükləri mikrofonu və əllərindəki yeməkləri repçinin üzərinə atıb.
Baş verənlərdən sonra daha da qəzəblənən repçi əlinə aldığı qədəhdəki içkini yerə boşaldaraq qədəhi tamaşaçıların üzərinə atıb. Bununla da sakitləşməyən Slovtha daha sonra səhnədən a.ağı düşərək tamaşaçılardan birinə hücum edib.
Qeyd edək ki, təhlükəsizlik işçiləri tərəfindən müdaxilə olunan repçi salondan çıxarılıb.
Gununsesi.org