Amerikalı repçi Snup Doqq rəqqasəyə cinsi təcavüz etməkdə ittiham olunub.
Gununsesi.info “Glamour”a istinadən xəbər verir ki, bununla bağlı qadın məhkəməyə müraciət edib. Adının anonim saxlanılmasını istəyən rəqqasə hadisənin 2013-cü il mayın 29-da reperin “Heat Ultra Lounge” klubdakı konsertindəki çıxışından sonra baş verdiyini deyib.
Qadının sözlərinə görə, çıxışından dərhal sonra Snupun biznes tərəfdaşı Don Medcik Xuan onu evə aparmağı təklif edib. Qız razılaşıb və yolda olarkən avtomobildə yuxuya gedib. Oyandıqda Xuanın onu öz evinə gətirdiyini və təcavüzə məruz qoyduğunu başa düşüb. Qadın qeyd edib ki, bundan sonra Don onu Snupun evinə getməyə razı salıb. Qız razılaşsa da, sonradan peşman olub. Reper studiyasında rəqqasəyə təcavüz edib.
Zərərçəkmiş Snup Doqdan 10 milyon dollar məbləğində təzminat tələb edib, lakin məhkəmə onun bu tələbini rədd edib. Reper də özünü günahkar bilmir və hesab edir ki, qadın sadəcə onun hesabına varlanmaq istəyir.
Gununsesi.info