
Bakıda fəaliyyət göstərən “Planet”, “Xarı Bülbül”, “Ay işığı”, “Su səsi” və “Manisa Palace” restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Gununsesi.info -ya verilən məlumata görə, faktlarla bağlı obyekt sahibləri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərinə bir daha çağırış edir ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər.
Ölkə ərazisindəki ictimai-iaşə obyektlərində monitorinq və nazarət tədbirləri davam etdirilir.
Gununsesi.info