
ABŞ-da müsəlman halal yerinə donuz əti ilə olan pizzanı ona satdığına görə restoranı məhkəməyə verib. Aldanan müştəri restorandan 100 mln. dollar kompensasiya tələb edir.
Gununsesi.info-nun məlumatına görə, Miçiqan ştatının Dirborn şəhərində yaşayan Məhəmməd Bazzi iddia ərizəsində qeyd edib ki, Little Caesars restoranından iki dəfə üzərində “halal məhsul” yazılan pizza alıb. Hər iki halda pizzanın donuz ətindən olduğu bəlli olub.
Restoran meneceri ilə söhbəti yazan iddiaçı məhkəməyə müraciət edib.
Oxşar hadisə 2011-ci ildə Dirborndakı “McDonald’s” restoranlarının birində də baş verib. O zaman məhkəmə “McDonald’s”ı 700 min dollar cərimə etmişdi.
Gununsesi.info