Məşhur rus oliqarx Roman Abramoviç İstanbulun Kandilli rayonunda çox dəbdəbəli villa alıb. Villanın keçmiş sahibi hər kəsi təəccübləndirib.
Gununsesi.info xəbər verir ki, Roman Abramoviç Rusiyaya tətbiq edilən sanksiyalardan sonra Londondan İstanbula köçüb və burada daimi ev axtarmağa başlayıb.
Abramoviçin İstanbula marağı Boğaziçi mənzərəsi və bənzərsiz yeri ilə seçilən Kandilli Vaniköydəki bu malikanəyə yönəlib.
Malikanənin ümumi torpaq sahəsi 9 min 600 kvadratmetr, qapalı sahəsi isə təxminən 2 min kvadratmetrdir.
Abramoviçin sərvəti 10 milyard dollar civarında olduğundan, bu 18 milyon dollarlıq evi ancaq “çərəz” kimi təsvir etmək olar.
Məxfilik və təhlükəsizlik Abramoviç üçün böyük əhəmiyyət kəsb etdiyi üçün bu malikanə ona tənha yaşayış sahəsi təklif edir. Bundan əlavə, helikopter meydançasının tikintisi üçün lazımi icazələr alınıb və işlərə başlanılıb. Bu layihənin tamamlanmasıyla malikanənin ətrafı Sarıyerdəki ABŞ Konsulluğu binasında olduğu kimi, yüksək təhlükəsizlik divarları ilə əhatə olunacaq.
Satış qiyməti ilə bağlı təfərrüatlar gizli saxlanılsa da, daşınmaz əmlak bazarı Abramoviçin bu malikanə üçün 18 milyon dollar ödədiyini bildirir. Lakin Roman Abramoviç üçün bu məbləğ onun böyük sərvətini nəzərə alsaq, çox kiçik xərc sayıla bilər.
Roman Abramoviçin aldığı evin cinayət təşkilatının lideri Adnan Oktarın keçmiş malikanəsi olduğu ortaya çıxıb.
Səid Əhmədli
Gununsesi.info