
Azərbaycanda yüzlərlə insanın on minlərlə manat xərclədiyi vəsaitləri mənimsəyərək, aradan çıxıb.
Gununsesi.info bildirir ki, bunu sosial şəbəkədə ictimai fəal Fərid Pardaşünas yazıb.
O , daha sonra əlavə edib:
“Qeyd edim ki, platformada 50.000 manata qədər pulu batan insanlar var. “Pazfarm” insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandıran platforma idi.
Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkən sayı çoxdur. İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər”.
Gununsesi.info