Məşhur serial ulduzunun oxşarı axtarışa verildi

ABŞ-da 50 yaşlı Todd Barrik adlı şəxs axtarışa verilib. Gununsesi.org-un məlumatına görə, onun fotosu və haqqında məlumat polis tərəfindən sosial şəbəkələrdə yerləşdirilib.

O, narkotik vasitələrin saxlanılmasına görə axtarılır. Polis cinayətkarı yaxalamaq məqsədi ilə sosial şəbəkə istifadəçilərindən kömək istəyib.

HTML tutorial

Qeyd edək ki, T. Barrik ABŞ istehsalı olan məşhur “Breaking Bad” serialının qəhrəmanı Uolter Uaytın oxşarıdır. Həmin obrazı aktyor Brayan Krenston canlandırır.

Gununsesi.org