Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvanın Tverski məhkəməsi Moskvada keçirilən antikorrupsiya mitinqi zamanı polisə tabe olmadığına görə Navalnı barədə 15 sutka həbs qərarı qəbul edib.

Qeyd edək ki, bundan əvvəl Navalnı icazəsiz kütləvi mitinq təşkil etdiyinə görə 20 min rubl (təxminən 600 AZN) məbləğində cərimə olunub.

Xatırladaq ki, korrupsiya əleyhinə aksiya martın 26-da Rusiyanın bir neçə şəhərində keçirilib. Mitinq Korrupsiya ilə mübarizə fondunun ölkənin Baş naziri Dmitri Medvedevlə bağlı məqalə dərc etməsindən sonra təşkil edilib.

Gununsesi.info