Məşhur sosial media fenomeni dostu ilə birlikdə dənizdə ölü tapıldı

  • By admin
  • 20 Fevral 2024 15:32

Məşhur YouTuber dostu ilə Egeydə balıq tutmaq üçün dənizə gedərkən yoxa çıxıb.

Gununsesi.info xəbər verir ki, sosial media fenomeni və dostu iki gün sonra ölü tapılıb.

Yunanıstanın Krit adasındakı Sfakia şəhərində yaşayan ölkənin məşhur YouTuberlərindən biri olan 44 yaşlı Tasos Thesodoseu və dostu 50 yaşlı Kostas Manetakis keçən şənbə günü balıq ovuna getmək və kanoe ilə video çəkdirmək üçün dənizə yollanıb.

YouTube səhifəsində macəralarını paylaşan Tasos və dostu axşam saatlarında geri qayıtmayınca yaxınları sahil mühafizəsi və liman idarəsinə məlumat verərək kömək istəyiblər.

Retimno və Sfakiya şəhərlərini tərk edən balıqçılar da axtarış-xilasetmə işlərinə başlayıb. Dənizdən və havadan helikopterlə aparılan geniş axtarışlardan sonra məşhur YouTuber və dostunun cəsədləri 48 saat sonra Egey dənizində sahildən 4 mil aralıda tapılaraq Krit adasına gətirilib. Yarılma üçün Ədliyyə Tibb İnstitutuna göndərilən Thesodoseu və Manetakisin ölümləri Kriti və Yunanıstanı şoka salıb.

Bildirilib ki, Thesodoseu və Manetakis balıq tutmaq və ov anını lentə almaq üçün yola düşərkən tufan və axın tərəfindən açıq dənizə sürüklənərək boğulublar.

Gununsesi.info