Məşhur şounun aparıcıları yol qəzasında yandı

  • By admin
  • 05 May 2019 10:02

 

Rusiyanın Krasnodar əyalətində ağır yol qəzası baş verib.

Gununsesi.org  Rusiya KİV-nə istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb. Ölənlərdən ikisi “Stand Up” şousunun aktyorları Denis Maloviçko və Yelena Zuyevadır. Onlar Krasnodara konsert vermək üçün gediblər.

Qeyd edək ki, toqquşmadan sonra avtomobillər yanmağa başlayıb. Ölənlərin xilas ola bilməməsinə səbəb kimi məhz yanğın göstərilir.