
Bakıdakı məşhur “Lider-AS” supermarketlər şəbəkəsi fəaliyyətini dayandırıb.
Gununsesi.info xəbər verir ki, report.az-a faktı təsdiqləyən “Lider-AS” supermarketlər şəbəkəsinin direktoru İsmayıl İsmayılov bildirib ki, yanvarın 10-dan etibarən marketlər fəaliyyətini dayandırıb.
O qeyd edib ki, əvvəllər Bakının müxtəlif yerlərində şəbəkənin 4 marketi olub. Hüseyn Cavid prospektində olan market bir müddət əvvəl bağlanıb: “Yanvarın 10-da isə Abbas Mirzə Şərifzadə, Şəfayət Mehdiyev və Cəfər Xəndan küçələrində yerləşən filiallarımız fəaliyyətini dayandırıb”.
İ.İsmayılov deyib ki, ticarətin zəifləməsi və son zamanlar ziyanla işləmələri marketlərin bağlanmasına səbəb olub.
Gununsesi.info