“Belə yaxşıdır” verilişinin aparıcısı, “5-ci element” layihəsinin simalarından biri olan Kamilə Babayeva ATV ilə əməkdaşlığa son qoyub.
Gununsesi.info “primetime.az”a istinadən bildirir ki, teleaparıcı bundan sonra Xəzər TV ekranlarında tamaşaçı görüşünə gələcək.
Yeni mövsümdən yayımlanacaq proqramın adı, hələ ki, gizli saxlanılır.
Məsələ ilə bağlı qafqazinfo Kamilə Babayeva ilə əlaqə saxlayıb:
“İndi hər kəs nə gəldi yazır. Bu barədə məlumatsızam. Kanaldan gedəcəyim, və ya qalacağım barədə dəqiq qərar verməmişəm. Yəni, yayılan xəbərlər barədə məlumatsızam”, – deyə teleaparıcı açıqlamasında bildirib.
Gununsesi.info